Azərbaycan Milli Ensiklopediyası
VI CİLD (ÇİNÁB, Çenab - DƏMİRÇİYEVA)
    DELÜVİUM

    DELÜVİUM (lat. deluo – yumaq), d e ­l ü v i a l  ç ö k ü n t ü l ə r – aşınma məh­sullarının dağ yamaclarının yuxarı hissələ­rindən yağış, yaxud qar suları vasitəsilə, həmçinin ağırlıq qüvvəsi, qruntun axıcılığı və s.­-nin təsirilə aparılaraq dağ yamacla­rının aşağı hissələrində və ətəklərində çökdürülməsindən əmələ gələn çöküntü. Kontinental çöküntülərin genetik növü kimi ilk dəfə 1888 ildə akad. A.P.Pavlov tərə­ findən ayrılmışdır. Kollüviumun tərkib hissəsi kimi baxılır. Bitki örtüyündən məhrum semiarid iqlim vil.-­lərində geniş yayılmışdır. Yüksəkliklərin, çay dərələrinin, terrasların maili yamaclarında delüvial şleyflər yaradır. Aşınma qüvvəsi, süxurların litoloji tərkibi və s.-­dən asılı olaraq D. müxtəlif ölçülü olur (gil və qumdan iri valunadək). Petroqrafik tərkibi altda yatan köklü süxurlardan fərqlənir; dağın yüksək yamacları və zirvəsindəki süxurlara oxşar olur. D. üçün yamaca paralel laylanma xarakterikdir; altda iri dənəli, orta zonada nisbətən xırda, üstdə incə dənəli qırıntı materialları toplanır. D.­-un qalınlığı üst və alt hissələrdə 1–2 m­ə, orta hissədə 10– 15 -ə çatır. Qızıl, qalay, volfram, tantal, niobium, almaz və s. səpinti yataqlarının çoxu D.­-la əlaqədardır. D.­-un gillicəli növlərindən kərpic istehsalında istifadə edilir. D.­-un öyrənilməsi Dördüncü sis­temin (dövrün) iqlim­stratiqrafik şkalasının araşdırılmasında böyük əhəmiyyət kəsb edir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ÇİNÁB, Çenab – DƏMİRÇİYEVA