DEMANTÓİD – qiymətli daş, andraditin xromlu növü. Parlaqyaşıl rənglidir. Ölçü ləri 10 sm-ə çatan rombododekaedrik kristalları və dənəvər aqreqatları xarakterikdir. Şəffaf D. ən qiymətli qranatlardandır, almaza bənzəyir. Kontaktmetasomatik yolla əmələ gəlir. Serpentinləşmiş ultraəsaslı süxurların çatlarında rast gəlinir. RF-də (Orta Ural, Çukotka), İtaliyada, Konqo Demokratik Resp.-nda, Konqo Resp.-nda və s. yerlərdə yataqları var. Әsasən səpintilərdən hasil olunur.