DEMOYN MӘRTӘBӘSİ [ABŞ, De-Moyn çayına görə] – Şimali Amerikada Karbonun Pensilvan yarımsistemində aşağıdan üçüncü mərtəbəsi. 1893 ildə Keyes tərəfindən ayrılmışdır. Rusiyada Orta Karbonun Moskva mərtəbəsinin yuxarı hissəsinə, Qərbi Avropada isə Vestfal şöbəsinin yuxarı hissəsinə uyğun gəlir. Bax Daş kömür sistemi məqaləsinə.