DEMYÁNKA – RFdə, Tümen vil.-ndə çay. İrtış çayının sağ qolu. Uz. 1159 km, hövzəsinin sah. 34,8 min km2. Vasyuqan düzənliyinin bataqlıqlarından başlanır, Qərbi Sibir düzənliyi ilə axır. Әsasən, qar suları ilə qidalanır. Ortaillik su sərfi aşağı axının da 145 m3/san. Oktyabr–noyabrdan mayadək donmuş olur. Әsas qolları: sağdan – Keum, soldan – Tequs, İmqıt. Mənsəbindən 211 km məsafədə gəmiçiliyə yararlıdır. Ağac axıdılır.
Демйанка чайы.