DENDRİT (yun. δένδρον – ağac) – hər hansı bir mineral, metal, ərinti və ya süni birləşmənin kristallik törəmələri. Adətən kiçik budaq, ayıdöşəyi yarpağı formasında və ya ulduzşəkilli olur. Sürətli kristallaşma zamanı özlü mühitdə, kövrək gilli birləşmələrdə və ya nazik süxur çatlarında əmələ gəlir. D. bir-birinə paralel və ya ikiləşmə və ziyyətində bitmiş kristallardan ibarətdir. Təbiətdə bir çox minerallar (pirolüzit, uraninit, dəmir, mis sulfidləri və s.), metallar (mis, gümüş, qızıl və s.), manqan oksidləri və buz üçün xarakterikdir.
Манган оксиди дендрити.