DÉNEJKİN DAŞI QORUĞU – RF-nin Sverdlovsk vil.-ndə qoruq. Sah. 781,92 km2. 1946 ildə yaradılmış, 1961 ildə ləğv edilmiş, 1991 ildə bərpa olunmuşdur. Şimali Uralın ş. yamacında, əsasən, piramidaya bənzər eyniadlı dağ massivinin (hünd. 1492 m-ədək) ərazisindədir. Massivin zirvəsi mütəhərrik daş qırıntıları (kurumlar) ilə örtülüdür, yamacları terraslıdır. Dağın q. yamaclarında dağtayqa meşələri (küknar, ağ şam, sidr), ş. yamaclarında şam meşələri yayılmışdır. Meşə qurşağı 600–700 m hünd.-ədək izlənilir, yuxarılarda seyrək meşəlik, dağlıq tundra və səhralardır. Çayların yuxa rılarında subalp çəmənliklərinə rast gəlinir. Qoruqda qonur ayı, sığın, vaşaq, Sibir porsuğu, dələ, samur, Sibir xoruzu, tetra quşu, qarabağır, ağ və tundra kəklikləri, həmçinin RF-nin “Qırmızı kitab”ına düşmüş berkut, ağquyruq qartal, çay qaranquşu, yapalaq məskunlaşmışdır.
Денежкин Дашы Горуьу.