DESKVAMÁSİYA (lat. desquamare – qabıqvermə), g e o l o g i y a d a – süxurların aşınma növlərindən biri. Yer səthi süxurlarının gecə və gündüz ərzində temprun kəskin dəyişməsi ilə əlaqədar qabıqvarı soyulması. D., adətən fiziki aşınmanın daha intensiv olduğu səhra və yüksək dağlıq sahələrdə müşahidə edilir