DESNÁ –RF (Smolensk, Bryansk vil.-ləri)və Ukraynada çay. Dnepr çayının sol və ən uzun qolu. Uz. 1130 km, hövzəsinin sah. 88,9 min km2. SmolenskMoskva yüksəkli yindən başlanır. Yuxarı axınında sahilləri, əsasən, ovalıq və bataqlıqlardan ibarətdir. Seym çayı töküldüyü yerdən aşağıya doğru çay dərəsi genişlənərək, çoxlu qollar və göllər əmələ gətirir. Məcrası qumlu, dolan bacdır; çoxlu dayazlıqlar var. Әsasən qar suları ilə qidalanır. Yazda daşqınlar olur. Ortaillik su sərfi Çerniqov ş. yaxınlığında 323 m3/san. Dekabrdan aprelədək donmuş olur. Әsas qolları: sağdan – Sudost, Snov; soldan – Bolva, Navlya, Nerussa, Seym, Ostyor. D. hövzəsində təqr. 4,5 min kiçik göl, ümumi sah. 117 km2 olan su anbarları və 650-dən çox nohur (ümumi sah. 23,5 km2) var. Qədim zamanlardan D. mühüm ticarət yolu olmuşdur. Mənsəbindən Novqorod-Severski ş.nədək 535 km məsafədə gəmiçiliyə yararlıdır. Yelnya, Jukovka, Bryansk, Trubçevsk (RF), Çerniqov (Ukrayna) ş.-ləri D. sahilindədir.
Десна чайы.