DÉVA –Yaponiyada, Honsü a.-nın şm.-q.-ində meridional uzanmış dağ massivləri zənciri. Uz. təqr. 225 km; 20– 800 m hünd.-lər üstünlük təşkil edir, yüksək nöqtəsi 2236 m (Tyokay vulkanı). Massivlər kristallik və çökmə süxurlardan ibarətdir, iynəyarpaqlı meşələrlə örtülüdür. Ağac tədarük olunur. Dağarası çökəkliklərdə neft və qaz yataqları var.