DEVDORÁK BUZLAĞI – Qafqazda, Gürc. ərazisində dərə buzlağı. Kazbek d.-nın şm.-ş. yamacında, Hərbi Gürcüstan yolu yaxınlığındadır. Uz. 7,3 km, sah. 7 km2. 2257 m yüksəkliyədək enir. Səthi çatlarla mürəkkəbləşmiş, qismən morenlərlə örtülmüşdür. 18 əsrdən Hərbi Gürcüstan yolunda faciəvi uçqunlar və daşqınlarla məlumdur. Alpinizm inkişaf etmişdir.