DÉVON – Kanada Arktikası arxipelaqında ada. Kanada ərazisinin bir hissəsidir. Sah. 54 min km2. Sahilləri körfəzlər və fyordlarla parçalanmışdır. Mərkəzi hissəsi (hünd. 250– 600 m), əsasən, əhəngdaşlı plato, şm.-q.-i orta yüksəklikli dağlar, ş. hissəsi dağlıqdır (hünd. 1920 m-ə qədər); buzlaqlar var. Bəzi yerlərdə Arktika tundra bitkiləri yayılmışdır. Yeganə yaşayış məntəqəsi Dandas-Harbor adanın c.-unda Lankaster boğazı sahilindədir.
Devon adası.