DÉYVİS BOĞAZI (Davis Strait) – Qrenlandiya və Baffin torpağı a-rı arasında boğaz. Şimal Buzlu okeanının Baffin dənizini Atlantika okeanının Labrador dənizi ilə birləşdirir. Uz. 1170 km, ensiz yeri 360 km, ən az dərinlik 104 m. Üzən buzlar və aysberqlərə rast gəlinir. Con Deyvisin şərəfinə adlandırılmışdır.