DÉYVİS DӘNİZİ (Davis Sea) – Şərqi Antarktida sahillərində Hind okeanının kənar dənizi. 87° və 98° ş.-u.-ları arasındadır. Sah. 21 min km2, həcmi 12 min km3. Әn dərin yeri 1369 m-dir. C. sahili Antarkti danın buzlaqlarından ibarətdir. Dəniz Cənub qütb dairəsi enliyində yerləşir; Antarktika iqlimi zonasındadır. Qışda (iyul–avqust) ş. və c.-ş. küləkləri (sürəti 8–9 m/san, fırtına zamanı 20 m/san-dən çox) üstünlük təşkil edir. Havanın orta temp-ru –12dən – 16°C-yədək (minimal –32°C-yədək) olur. Yayda (yanvar–fevral) küləklərin sürəti nisbətən azalır (4–6 m/san) və əsasən, c.-q.-ə əsir. Havanın temp-ru 0°Cdən –4°C yədək (minimal –8°Cyədək) təşkil edir. Dəniz, demək olar ki, il boyu buzla örtülü olur; yalnız yayda günəş radiasiyasının təsirindən səthdə temp-r 0–0,5°C-yədək qalxır və dənizin şm. hissəsində üzən buzlara rast gəlinir. Duzluluğu 32,2‰-dən (yayda) 34,0‰ -ədək (qışda) dəyişir. Yarımsutkalıq qabarmalar olur (hünd. 1,0– 1,2 m). D.d. sahilində (Pravda sahili) sovet Antarktika ekspedisiyasının “Mirnı” geofiziki rəsədxanası və qəs. salınmışdır (1956). D.d.-ni 1912 ildə D. Mousonun Avstraliya ekspedisiyası kəşf etmişdir. Dəniz ekspedisiya gəmisinin (“Avrora”) kapitanı C.K. Deyvisin şərəfinə adlandırılmışdır.
Дейвис дянизи сащилляри.