DӘCLӘ (ər.دخلة , türkcə Decle) – Türkiyə və İraqda çay. Az məsafədə Suriyanın şm.-ş. sərhədi boyunca axır. Uz. 1850 km, hövzəsinin sah. 375 min km2. Şərqi Tavr d-rının yamaclarından başlanır. Orta və aşağı axarı Mesopotamiya ovalığındadır. ӘlQürna ş. yaxınlığında Fərat çayı ilə birləşir və İran körfəzinə tökülən Şəttülərəb çayını əmələ gətirir. Qar və yağış suları ilə qidalanır. İllik su sərfi orta axınında (Bağdad ş. yaxınlı ğında) 1240 m3/san-dir. Әsas qolları Bö yük Zab, Kiçik Zab və Diyaladır. Bağdad ş.-nədək, gursulu dövründə isə Mosul ş. -nədək gəmiçiliyə yararlıdır. Çayın axını bəndlərlə tənzimlənir; üzərində Mosul su anbarı var. Suvarmada geniş istifadə edilir. D. və onun böyük qollarının vadiləri mühüm suvarma əkinçiliyi rayonlarıdır. Diyarbəkir (Türkiyə), Mosul, Bağdad, Әl Kut, ӘlAmarə (İraq) ş.-ləri D. sahilindədir. D. və Fərat çayları arası ərazi qədim mədəniyyət ocaqlarından biridir (bax Assuriya, Babilistan).
Дяъля чайы Дийарбякир (Тцркийя) йахынлыьында.