DӘDӘ QORQUD (1999 ilədək Bayramovka) – Azərb. Resp. Saatlı r-nunda kənd. Dədə Qorqud ə.d.-nin (Dədə Qorqud, Heydərabad k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 13 km c.-ş.-də, Muğan düzündədir. Әh. 2505 (2011); heyvandarlıq və əkinçiliklə məşğuldur. Tam orta məktəb, uşaq bağçası, kitabxana, tibb məntəqəsi var.