DӘDӘLİ – İrəvan qub.-nın Şərur-Dərələyəz qəzasında (15.10.1931 ildən Keşiş kənd, 3.1.1935 ildən Mikoyan, 6.12.1957 ildən Yeğeqnadzor r-nu), Arpa çayının sağ və sol sahillərində azərb.-ların yaşadığı kənd. Kəndin hər iki hissəsini birləşdirən körpü tarixə Dədəli körpüsü adı ilə düşmüşdür. Bölgənin Rusiya tərəfindən işğalı zamanı kənd dağıdılmışdır.