DӘDӘLİ – Azərb. Resp. Füzuli r-nunda kənd. Dədəli ə.d.-nin (Dədəli, İşıqlı, Qarğabazar, Yal Pirəhmədli k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 2 km c.-ş.-də, Füzuli–Cəbrayıl avtomobil yolu kənarında, Qarabağ silsiləsinin ətəyindədir. Әh 1000 (2011); işğaldan (1993, avqust) əvvəl əkinçilik, üzümçülük və heyvandarlıqla məşğul olmuşdur. Orta məktəb, kitabxana, klub, məscid var idi.