DӘDӘLİ – Azərb. Resp. Xaçmaz r-nunda kənd. Dədəli ə.d.-nin (Dədəli, Bostançı, Hacıabdurəhimoba, Xaraxoba, Kiçik Baraxum, Nağıoba, Sibiroba k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 20 km şm.-da, Qusar çayının sahilində, Samur-Dəvəçi ovalığındadır. Әh. 1380 (2011); maldarlıq və əkinçiliklə məşğuldur. Tam orta məktəb, klub, kitabxana, poçt, tibb məntəqəsi var.