DӘHNӘ MİNERAL SU YATAĞI – Azərb. Resp. Sədərək r-nu (Nax. MR) ərazisində, Sədərək su nasosu st.-ndan 2 km q.-də, Vəlidağ d.y.st.-ndan 2,5 km aralıdır. Balneoloji tərkibi:
Suyu karbon qazlı, orta dərəcədə minerallaşmış, sulfatlı-xlorlu-hidrokarbonatlı, natriumlu-kalsiumlu-maqneziumludur. “Batolin” (Pyatiqorsk, Şimali Qafqaz) tipli müalicə suyu olub, işlətmə dərmanı kimi istifadə olunur.