DӘHNӘXӘLİL – Azərb. Resp. Ağdaş r-nunda kənd. Dəhnəxəlil ə.d.-nin (Dəhnə xəlil k. və Türyançay qəs. daxildir) mərkəzi. R-n mərkəzindən 7 km şm.-ş.-də, Ağdaş–Qəbələ avtomobil yolu kənarında, Türyan çayının sahilində, Şirvan düzündədir. Әh. 1296 (2011); əkinçilik, heyvandarlıq və meyvəçiliklə məşğuldur. Tam orta məktəb, uşaq bağçası, mədəniyyət evi, tibb məntəqəsi var.