DӘHNӘZ – İrəvan xanlığı Vedibasar mahalının (9.9.1930 ildən Vedi, 15.5.1968 ildən Ararat r-nu) Cığındərə bölgəsində, Qız qalası, Kardaş və Dorrax d-rı arasında, Vedi çayının sahilində azərb.-ların yaşadığı kənd. 1919 ilin əvvəlində emənidaşnak təcavüzünə məruz qalmış kəndin əhalisinin bir hissəsi qətlə yetirilmiş, sağ qalanlar qaçqın düşmüşlər. Bölgədə sovet hakimiyyəti qurulduqdan sonra qaçqınların bir hissəsi geri qayıtmış, lakin 1948 ildə Azərb.-a deportasiya olunmuşdur.