DӘKKӘOBA – Azərb. Resp. Zərdab r-nunda kənd. Dəkkəoba ə.d.-nin mərkəzi. R-n mərkəzindən 5 km c.-ş.-də, Kür çayının sol sahilində, Şirvan düzündədir. Әh. 1236 (2011); əkinçilik, heyvandarlıq və quşçuluqla məşğuldur. Tam orta məktəb, uşaq bağçası, kitabxana, tibb məntəqəsi var.