DӘLİ QUŞÇU – Azərb. Resp. Zərdab r-nunda kənd. Dəli Quşçu ə.d.-nin mərkəzi. R-n mərkəzindən 5 km şm.-ş.-də, Zərdab– Ucar avtomobil yolundan və Kür çayından 3 km aralı, Şirvan düzündədir. Әh. 1302 (2011); əkinçilik, maldarlıq və quşçuluqla məşğuldur. Tam orta məktəb, uşaq bağçası, kitabxana, tibb məntəqəsi var.