DӘLİKDAŞ – İrəvan xanlığının Göyçə mahalında (9. 9.1930 ildən Martuni r-nu), Göyçə gölünün sahilində, Dəlikdaş çayının yaxınlığında azərb.-ların yaşadığı kənd. 1826–29 illərdə Rusiya-İran, Rusiya-Türkiyə müharibələrindən sonra kənd dağıdılmış, azərb. əhalisi qovulmuş, burada İran və Türkiyədən gətirilmiş ermənilər yerləşdirilmişdir. 19 əsrin ortalarında kəndin adı dəyişdirilərək Tsaxkar qoyulmuşdur.