DӘLİQARDAŞ – İrəvan xanlığının Göyçə mahalında (9.9.1930 ildən Yeni Bayazid, 13.4.1959 ildən Kamo r-nu), Kəvər çayı sahilində azərb.-ların yaşadığı kənd. 1826–29 illərdə Rusiya-İran, Rusiya-Tükiyə müharibələrindən sonra kəndin azərb. əhalisi qovulmuş, burada İran və Türkiyədən gətirilmiş ermənilər yerləşdirilmişdir. Sonralar kəndin adı dəyişdirilərək Saruxan qoyulmuşdur.