DӘLİMӘMMӘDLİ – Azərb. Resp. Goranboy r-nunda şəhər. Dəliməmmədli ə.d.-nin (Dəliməmmədli ş., Sarovlu k. daxildir) mərkəzi. Bakı–Tbilisi d.y.-nda st. R-n mərkəzindən 26 km şm.-q.-də, Bakı–Qazax avtomobil yolu kənarında, Gəncə-Qazax düzənliyindədir. Әh. 5,3 min (2011).