DӘLLӘKLİ – Azərb. Resp. Zəngilan r-nunun Çöpədərə ə.d.-ndə kənd. R-n mərkəzindən 18 km c.-da, Araz çayının sol sahilində, dağ ətəyindədir. Әh. 287 (2011); işğaldan (1993, oktyabr) əvvəl heyvandarlıq, əkinçilik, baramaçılıq və üzümçülüklə məşğul olmuşdur. Orta məktəb, kitabxana, klub, tibb məntəqəsi var idi.