DӘLLӘKLİ – Azərb. Resp. Yardımlı r-nunun Ostayır ə.d.-ndə kənd. R-n mərkəzindən 2 km şm.-da, Viləş çayının sahilində, Peştəsər silsiləsinin şm.-ş. ətəyindədir. Әh. 646 (2011); əkinçilik, bostançılıq və heyvandarlıqla məşğuldur. Ümumi orta məktəb, kitabxana var.