DӘLLӘR – İrəvan xanlığının Dərəçiçək mahalında (9.9.1930 ildən Axta, 30.6.1959 ildən Razdan r-nu), Dəllər çayının sahilində, Zincirli (Misxanlı, Әlibəy) d.nın ətəyində azərb.-ların yaşadığı kənd. 1918 ildə əhalisi erməni-daşnak dəstələri tərəfindən qovulmuş, kənddə gəlmə ermənilər yerləşdirilmişdir. Sonralar ermənilər də kəndi tərk edərək ətraf ərazilərə köçmüş və kənd ləğv edilmişdir.