DӘLLӘR (1991 ildən Muşevani) – Gürcüstanın Kvemo Kartli mahalının Bolnisi bələdiyyəsi ərazisində azərb.-ların yaşadığı kənd. El arasında “Aran Dəllər” də deyilir. Bolnisidən 12 km q.-də, dənizsəviyyə sindən 750 m yüksəklikdə yerləşir. Әh. 1194 (2002); əkinçiliklə məşğuldur. Kənd də 1921 ildən Azərb. dilində məktəb fəaliyyət göstərir.