DӘLLӘR CӘYİR – Azərb. Resp. Şəmkir r-nunda kənd. Dəllər Cəyir ə.d.-nin mərkəzi. R-n mərkəzindən 5 km şm.-da, Bakı–Tbilisi avtomobil və d.y. kənarında, Gəncə-Qazax düzənliyindədir. Әh. 5519 (2011); heyvandarlıq, taxılçılıq, meyvəçilik və tərəvəzçiliklə məşğuldur. Tam və ümumi orta məktəb, 2 uşaq bağçası, xəstəxana, kitabxana, poçt, ATS var.