DӘLLӘR CIRDAXAN – Azərb. Resp. Şəmkir r-nunda kənd. Dəllər Cırdaxan ə.d.-nin (Dəllər Cırdaxan, Qaranuy k.-ləri daxildir ) mərkəzi. R-n mərkəzindən 10 km şm.-da, Dəllər d.y. st.-ndan 5 km, Kür çayının sağ sahilindən 5 km aralı, Gəncə-Qazax düzənliyindədir. Әh. 3629 (2011); heyvandarlıq, taxılçılıq, meyvəçilik və tərəvəzçiliklə məşğuldur. Tam orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, poçt, ATS var.