DӘLLӘR DAŞBULAQ (2003 ilədək Daşbulaq) – Azərb. Resp. Şəmkir r-nunda kənd. Dəllər Daşbulaq ə.d.-nin mərkəzi. R-n mərkəzindən 9 km şm.-da, Kür çayının sağ sahilindən 4 km aralı, Gəncə-Qazax düzənliyindədir. Әh. 2239 (2011); heyvandarlıq, taxılçılıq və tərəvəzçiliklə məşğuldur. Tam orta məktəb, uşaq bağçası, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi var.