DӘMİR DARVAZA (rumınca Portile de Fier) – Dunay çayında dar dərə. Serbiya və Rumıniya sərhədində, Cənubi Karpat və Şərqi Serbiya d-rı arasında, Orşova ş. yaxınlığında Cerdap su anbarının bir hissəsidir. Uz. 15 km, eni 150 m-ədəkdir. Astanalıdır; gəmiçilik dolama kanal vasitəsilədir.