DӘMİR METEORİT – tərkibində az miqdarda aksessor mineral qarışıqları olan nikelli dəmir meteoritlər. D.m., adətən, tünd qonur rəngli ərimə qabığı ilə örtülü olur və yer şəraitində oksidləşərək tez paslanır. Tərkibində nikelin miqdarından asılı olaraq D.m. kamasit (Ni 6%-ədək) və tenit (Ni 6%-dən yuxarı) struktur modifikasiyalarına, heksaedrit (Ni 6%-dən az), oktaedrit (6–16%) və ataksit (16–30%) növlərinə ayrılır.
Гоба дямир метеорити (атаксит). Намибийа.
Dünyada təqr. 1000 D.m. qeydə alınmışdır; bu, tapılmış bütün meteoritlərin 3%-ini təşkil edir. 1920 ildə Namibiyada tapılmış Qoba ataksit meteoriti (60 t) və RF-nin Primorye diyarına düşmüş Sixote Alin oktaedrit meteoriti (toplanmış qırıntıların ümumi kütləsi təqr. 30 t) ən böyük D.m.-lərdəndir.