DӘMİRAPARAN – Azərb. Resp. Qəbələ r-nunda çay. Türyan çayının sol qolu. Uz. 69 km, hövzəsinin sah. 596 km2-dir. Baş Qafqaz silsiləsinin c. yamacından (3850 m hünd.-dən) başlanır. Әsasən, yeraltı və yağış suları ilə qidalanır. Teztez güclü daşqın və sel olur. Astanalıdır. Şəlalə var. Suvarmada geniş istifadə edilir. Suyunun bir hissəsi Nohurqışlaq su anbarına və Göyçaya axıdılır.