DӘMİRÇİ, D ə m i r ç i l i, K i ç i k Ş o r l u D ə m i r ç i – İrəvan xanlığının Zəngibasar mahalında (31.12.1937 ildən Zəngibasar, 14.1.1969 ildən Masis r-nu), Zəngi çayının sağ sahilində azərb.-ların yaşadığı kənd. 1918 ildə ermənidaşnak hücumları nəticəsində kənddən qovulmuş azərbaycanlılar 1922 ildə geri qayıdaraq yenidən burada məskunlaşmışlar. Әvvəllər Kiçik Şorlu Dəmirçi adlandırılan kəndin adı 3.1.1935 ildə dəyişdirilərək Dəmirçi, 19.4.1991 ildə isə Darbink qoyulmuşdur. 1988 ilin oktyabr-noyabr aylarında kənd əhalisi ermənilər tərəfindən təcavüzə məruz qalmış və kənddən qovulmuşdur.