DӘMİRÇİ – Azərb. Resp. Masallı r-nunun Bədəlan ə.d.-ndə kənd. R-n mərkəzindən 10 km c.-da, Masallı–Boradigah avtomobil yolu kənarında, Lənkəran ovalığındadır. Әh. 2024 (2011); heyvandarlıq və tərəvəzçiliklə məşğuldur. Tam orta məktəb, klub, kitabxana, tibb məntəqəsi var.