DӘMİRÇİ – Azərb. Resp. Şamaxı rnuərazisində palçıq vulkanı. Dəmirçi k.-ndən 2,5 km c.-ş.-də , Pirsaat çayının sağ sahilində radiusu 50–60 m olan sahəni tutur. Sopka brekçiyasının yayıldığı sahədə təqr. 170 sopka, salz və qrifon vardır; bunlardan 130-undan palçıq, lil və qaz ayırılır. Әksər sopkaların diametri 0,4–1,0 m-dir, nadir hallarda 2–2,5 m-ə çatır. Tektonik cəhətdən D. palçıq vulkanı Dəmirçi antiklinalının c.-q. qanadında şm.-q.-dən c.-ş.-ə uzanan qırılma zonası ilə əlaqədardır. Sonuncu, nisbətən güclü püskürmə 1958 ildə baş vermişdir.