DӘMİRÇİ – Azərb. Resp. Şərur r-nunda (Nax. MR) kənd. Dəmirçi ə.d.-nin mərkəzi. R-n mərkəzindən 11 km şm.-q.-də, Naxçıvan–Sədərək d.y.-nun kənarında, Şərur düzündədir. Әh. 5871 (2011); bostançılıq, tərəvəzçilik (əsasən, şəkər çuğunduru), taxılçılıq və heyvandarlıqla məşğuldur. 2 tam orta məktəb, kitabxana, mədəniyyət evi, uşaq bağçası, xəstəxana, baytarlıq məntəqəsi, ATS, 18 əsrə aid “Binamaz Әhməd” piri var.