DӘMİRÇİDAM – Azərb. Resp. Kəlbəcər r-nunda kənd. Dəmirçidam ə.d.-nin (Dəmirçidam, Qanlıkənd k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 28 km şm.-da, dağətəyi ərazidədir. Әh. 858 (2011); işğaldan (1993, aprel) əvvəl heyvandarlıq, arıçılıq və tütünçülüklə məşğul olmuşdur. Orta məktəb, uşaq bağçası, klub, kitabxana, mədəniyyət evi, tibb məntəqəsi var idi.