DӘMİRÇİLӘR – Azərb. Resp. Xocalı r-nunun Qarabulaq ə.d.-ndə kənd. R-n mərkəzindən 13 km c.-ş.-də, Qarabağ silsiləsinin şm.-ş. ətəyində, Köndələnçayın (Araz hövzəsi) sahilindədir. Әh. 220; işğaldan (1992, fevral) əvvəl əkinçilik və heyvandarlıqla məşğul olmuşdur. Səkkizillik məktəb, tibb məntəqəsi, klub, kitabxana var idi.