DӘMİRÇİLӘR – Azərb. Resp. Qubadlı r-nunda kənd. Dəmirçilər ə.d.-nin (Dəmirçilər, Poladlı k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 5 km c.-da, Bərgüşad çayının sağ sahilində, dağətəyi ərazidədir. Әh. 796 (2011); işğaldan (1993, avqust) əvvəl heyvandarlıq və tütünçülüklə məşğul olmuşdur. Orta məktəb, uşaq bağçası, klub, kitabxana, feldşermama məntəqəsi var idi.