DӘMİRÇİLӘR – Azərb. Resp. Qazax r-nunda kənd. Dəmirçilər ə.d.-nin (Dəmirçilər, Ürkməzli k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 9 km q.-də, Coğazçayın (Ağstafa çayının qolu) sahilində, Kiçik Qafqaz d-rının ətəyindədir. Әh. 1494 (2011); heyvandarlıq və əkinçiliklə məşğuldur. Tam orta məktəb, uşaq bağçası, kitabxana, mədəniyyət evi, tibb məntəqəsi, məscid var.