DӘMİRDAŞ METEORİT – təxminən eyni miqdarda nikelli dəmirdən və silikatlardan ibarətdir. Məlum meteoritlərin yalnız 2%-ini təşkil edən nadir növdür. D. d.m.-lər silikatların tərkibinə görə iki əsas qrupa bölünürlər: olivinli (pallasitlər) və piroksenplagioklazlı (mezosideritlər). Yer kürəsində 116 D.d.m. aşkar olunmuşdur; bunlardan 55-i pallasit, 61-i mezosideritdir. Әn iri pallasit – Brenham (kütləsi 4,3 t) 1882 ildə, mezosiderit – Estherville (320 kq) 1979 ildə ABŞda tapılmışdır.
Мезосидерит дямир-даш Минки метеорити (89,4 кг, Миссури, АБШ, 1857).
Палласит дямир-даш Бренщам метеоритинин (Канзас, АБШ, 1882) гырынтысы (304,9 г).