DӘMİRLİ (1991 ildən Xaxalacvari) – Gürcüstanın Kvemo Kartli mahalının Bolnisi bələdiyyəsi ərazisində azərb.-ların yaşadığı kənd. Bolnisidən 20 km q.də, dəniz səviyyəsindən 800 m yüksəklikdə yerləşir. Әh. 359 (2002); əkinçiliklə məşğuldur. Kənddə 1931 ildən Azərb. dilində məktəb fəaliyyət göstərir.