Azərbaycan Milli Ensiklopediyası
VI CİLD (ÇİNÁB, Çenab - DƏMİRÇİYEVA)
    DƏMİR-MANQAN KONKRESİYASI

    DӘMİR­-MANQAN KONKRESİYASI – okean, dəniz və göllərin dibindəki çökün­ tülərdə dəmir və manqan hidroksidlərinin sıxlaşmış kütləsi. Okeanlarda, 4500 -dən yuxarı dərinliklərdə daha geniş yayılmışlar. Adətən qırmızı dərinsu gillərinin üzərində yatırlar. İlk dəfə 1872–76 illərdə “Çellen­cer” gəmisində ingilis ekspedisiyası tərəfin­dən öyrənilmişdir. D.­m.k. barədə ətraflı məlumatlar (konkresiyaların məkanca yer­ləşməsi, formalaşma şəraiti, kimyəvi və mineraloji tərkibi) Beynəlxalq geofizika ilində (1957–58) Dünya okeanı dibinin təd­qiqi nəticəsində alınmışdır. Әsasən, kürə, bəzən ellipsoid, diskşəkilli və s. formalarda rast gəlinir. D.­m.k.­-nın ölçüləri mm-­in his­sələrindən (mikrokonkresiylar) 1 m-­ədək ola bilir; səthləri parıltılı, hamar, yaxud kələ­kötürdür; çəkiləri yüngüldür (quru konkresiyaların sıxlığı 1600–2700 kq/m3­-dir). Bir qayda olaraq nüvədən və onun ətrafında konsentrik filiz laylarından ibarət­dir. D.­m.k. dib çöküntülərinin kimyəvi və biokimyəvi aşınması prosesində yaranır. Konkresiyanın yaranma müddəti bir neçə mln. ildən onlarla mln. ilədək davam edir.

    D.­m.k.­-nın tərkibində Fe və Mn­-nın 30­-dan yuxarı mineralı müəyyən edilmiş­ dir. Okean D.­m.k.-­nda Fe, dəniz və göl konkresiyasında isə Mn üstünlük təşkil edir. Dünya okeanının dibində D.­m.k.­-nın ehtiyatı təqr. 2500 mlrd. -dur və hər il 10 mln. t artmaqdadır. D.­m.k.­-nın yayılma qurşaqlarından biri Sakit okeanın şm.-­ş. hissəsindəki Klarion və Klipperton trans form qırılmaları arasıdır. Buradakı D.­m.k.­-larının tərkibində Mn 22–35, Ni 0,9–2,0, Cu 0,8–1,9, Co 0,2–0,4% təşkil edir. 5000 m dərinlikdən konkresiyaların hidravlik və kanat­kovş sistemi ilə qaldırılması yolları iş­lənib hazırlanmış və sınaqdan çıxarılmışdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ÇİNÁB, Çenab – DƏMİRÇİYEVA