DӘMİRYOL KEÇİDİ – dəmir yolunun avtomobil yolları, tramvay və trolleybus xətləri ilə eyni səviyyədə kəsişdiyi yer. Nəql. vasitələrinin intensiv hərəkət etdiyi yollarda D.k. avtomatik siqnalvermə siсtemi və mərkəzləşmiş idarəetməli şlaqbaumlarla təchiz olunur. Elektrik d.y.-larında D.k.-nin hər iki tərəfində qabarit darvazaları qurulur.