DӘMİRYOL MAŞINLARI – dəmir yolunun tikintisində, təmirində və cari saxlanmasında istifadə edilən xüsusi, əsasən, çoxfunksiyalı maşınlar. D.m.-na relsşpal döşəyən maşын və avadanlıqlar kompleksi, relsdöşəyən, şpalvuran maşынlar, elektroballasterlər, motorlu qaykaburanlar, düzəltmə-döymə-tamamlama maşınları (şpalların altынdakı ballastı döyüb sıxlaşdırır, ballast prizmasınын mailliyini düzəldir), drenaj maşынları və s. daxildir. D.y.-nun təmiri və istismarı zamanı qartəmizləyəн, çынqıltəmizləyən maşынlar, relscilalayan vaqonlar, yolölçən vaqon və ya arabacıqlar (yolun ölçülərini – relslərarası məsafəni, bir relsin o birindən yüksəkliyini, yəni yolun yatmasıны mцəyyən edir və vəziyyətini qiymətləndirir), defektoskop-vaqon və s. tətbiq edilir.