DӘMİRYOL STANSİYASI –dəmiryol nəqliyyatında müəyyən istiqamətlərdə hərəkət edən qatarların qəbulu, yola salынması, tərtibi və çeşidlənməsi, yüklərin qəbulu və verilməsi, baqaj və poçtun yüklənməsi, sərnişinlərə xidmət göstərilməsi və s. işləri yerinə yetirən əsas istismar müəssisəsi (ayrıca məntəqə, bina). D.s. yerinə yetirilən işlərin xüsusiyyətinə görə sərnişin, yük, çeşidləyici, həmçinin aralıq (xüsusi kommersiya əməliyyatlarıны və s. yerinə yetirmək üçün), sahə (lokomotivi dəyşdirmək, təcili təchizat, yaxud təmir və s. üçün) st.-larına ayrılır. D.s.-nын təyinatынdan asılı olaraq, st.-da əsas yoldan başqa oradan keçən qatarlara bütün xidmət əməliyyatlarıны, manevretmə işlərini yerinə yetirmək üçün lazım gələn birləşdirici yollar (şaxələr) da olur. D.s.-nda anbarlar, yükqaldıran qurğular, çeşidləmə təpəsi, qatarlarын tərtibinə və açılmasынa (ляьв едилмясиня) imkan verən yol sistemləri, hərəkət vasitələrinə xidmət üçün emalatxanalar da yerləşdirilir. Sərnişinlərin rahatlığı üçün D.s.-nda sərnişin platformaları (perronlar), piyada körpüləri, sərnişin pavilyonları, yaxud vağzal olur, həmçinin yeməkxanalar, kassalar, inzibati-təsərrüfat binaları və s. fəaliyyət göstərir. D.s. istilik təchizatı, siqnalvermə, rabitə, yoldəyişənlərin mərkəzləşdirilmiş elektrik sistemləri ilə təchiz edilir. Üçdən çox d.y. xəttinin kəsişdiyi yerdə d.y. qoвşağı yaranır. Bax həmçinin Dəmiryol qovşağı.